Sizin Reklam Burada
Xəbər lenti
04-07-2026
03-07-2026
BÜTÜN XƏBƏRLƏR

Makron Suriyaya səfər edəcək

Tarix: 05-07-2026 18:53     Baxış: 316 A- / A+


Makron Suriyaya səfər edəcəkFransa Prezidenti Emmanuel Makron Suriyaya səfər edəcək.
Manevr.az xəbər verir ki, bu barədə Suriya Prezident Administrasiyasının Media İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, Fransa Prezidenti ikitərəfli münasibətlərin gücləndirilməsi və qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərin müzakirəsi məqsədilə Suriyaya səfər edəcək.
Emmanuel Makronu səfər zamanı investorlar və Fransa şirkətlərinin nümayəndələrindən ibarət nümayəndə heyəti müşayiət edəcək.
Suriya Prezidenti Əhməd əl-Şaraa və Emmanuel Makronun nümayəndə heyətlərinin iştirakı ilə dəyirmi masa formatında görüş keçirməsi planlaşdırılır.
Qeyd edək ki, Əhməd əl-Şaraa ötən il Emmanuel Makronun dəvəti ilə Fransaya səfər edib.
Suriya Prezident Administrasiyasının Media İdarəsinin məlumatında səfərin tarixi açıqlanma da, “Al Hadath” telekanalı Suriyada hakimiyyət dəyişikliyindən sonra keçirilməsi nəzərdə tutulan Xalq Şurasının (birpalatalı parlament) ilk iclasının Fransa Prezidentinin əməşqə planlaşdırılan səfəri ilə əlaqədar təxirə salındığı barədə məlumat yayıb.
Bildirilib ki, iyulun 6-na planlaşdırılan parlament iclası Makronun həmin gün Suriyaya səfər edəcəyi səbəbindən başqa tarixə keçirilib.
Beləliklə, Emmanuel Makron 2024-cü ilin sonunda Əhməd əş-Şaraanın hakimiyyətə gəlişindən sonra Suriyaya səfər edən ilk Qərb lideri olacaq. Bu, eyni zamanda, 2009-cu ildə Nikola Sarkozinin səfərindən sonra Fransa Prezidentinin Suriyaya ilk səfəri olacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar