Sizin Reklam Burada
Xəbər lenti
06-07-2026
05-07-2026
04-07-2026
BÜTÜN XƏBƏRLƏR

İşdən çıxarılan şəxslərlə bağlı vacib qərar

Tarix: 06-07-2026 15:12     Baxış: 321 A- / A+

İşdən çıxarılan şəxslərlə bağlı VACİB QƏRAR

Müddətli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa olunma və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi ilə bağlı iş üzrə qərar qəbul edilib.
Ali Məhkəmədən bildirlib ki, qərar məhkəmə orqanının Mülki kollegiyası tərəfindən verilib.
Qeyd olunub ki, işin hallarına görə, mübahisə qurumda müddətsiz əmək müqaviləsi əsasında 5 ildən artıq müddət ərzində çalışmış şəxsin əmək münasibətlərinə xitam verilməsi ilə bağlı yaranıb. İşçi ilə sonradan 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanıb və müddətin bitməsi əsas götürülərək əmək münasibətlərinə xitam verilib. İddiaçı həmin əmrin qanunsuz hesab edilməsini, işə bərpa olunmasını, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsini və digər tələblərin təmin olunmasını xahiş edərək məhkəməyə müraciət edib.
Birinci instansiya məhkəməsi iddianı rədd etsə də, apellyasiya instansiyası məhkəməsi qərarı ləğv edərək iddianı təmin edib.
Ali Məhkəmə qərarında əmək münasibətlərinin hüquqi tənzimlənməsinə dair yanaşmanı geniş şərh edərək bildirib ki, əmək qanunvericiliyi işin xarakterindən asılı olaraq əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmasını dəqiq müəyyən edir. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduqda, bu münasibətlər müddətsiz əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Müddətli əmək müqaviləsi isə yalnız qanunda birbaşa nəzərdə tutulmuş istisna hallarda tətbiq oluna bilər.
Ali Məhkəmə xüsusilə vurğulayıb ki, iş materiallarına əsasən sözügedən mübahisəli vəzifə üzrə əmək funksiyası daimi xarakter daşıyır və bu hal tərəflər arasında mübahisə doğurmur. Belə olan halda, müddətli əmək müqaviləsinin seçilməsi hüquqi əsasla izah olunmalı, obyektiv zərurət və ya qanuni istisna halları ilə əsaslandırılmalıdır. Əks halda, bu cür müqavilə modeli əmək hüququnun mahiyyətinə zidd nəticələr yarada bilər.
Məhkəmə həmçinin “qarşılıqlı razılıq” anlayışına aydınlıq gətirərək qeyd edib ki, bu institut yalnız tərəflərin real hüquq bərabərliyi şəraitində sərbəst iradə ifadəsi əsasında mümkündür. İşəgötürənin üstün mövqedə olduğu əmək münasibətlərində formal razılıq əmək müqaviləsinin mahiyyətini dəyişdirən əsas kimi qəbul edilə bilməz. Uzunmüddətli əmək münasibətlərindən sonra işçinin qısa müddətli müqaviləyə keçməsi və bunun ağlabatan səbəblərlə izah olunmaması belə razılaşmanın könüllülüyü ilə bağlı şübhələr yaradır.
Ali Məhkəmə əlavə olaraq qeyd edib ki, əmək hüququ yalnız müqavilə münasibətlərinin tənzimlənməsi deyil, həm də işçinin konstitusion hüquqlarının qorunmasına xidmət edən hüquq sahəsidir. Bu baxımdan əmək münasibətlərində tərəflərin bərabərliyi, ədalət və qanunun aliliyi prinsipləri əsas götürülməlidir.
Nəticədə Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib və apellyasiya instansiyası məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar