Manevr.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, 6 iyul 2026-cı il saat 15:00-dan 9 iyul 2026-cı il saat 15:00-dək müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktiv olacaq.
Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqə bu ildən etibarən ödənişli əsaslarla təşkil edilir.
Qanunvericiliyə uyğun olaraq aşağıdakı kateqoriyalara aid namizədlər ödənişdən azaddırlar:
- müsabiqədə ilk dəfə iştirak edən namizədlər;
- şəhid ailəsinin üzvləri;
- müharibə veteranı adı almış şəxslər;
- əlilliyi olan şəxslər;
- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri.
Ödəniş prosesi ilə bağlı ətraflı məlumat və təlimat şəxsi kabinet vasitəsilə namizədlərin istifadəsinə təqdim olunub.
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə iştirak edəcək namizədlər ödəniş prosesi ilə video təlimat vasitəsilə tanış ola bilərlər.
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 60 manat ödəniş etmək tələb olunur.
MİQ imtahanlarının vaxtının iyulun 10-dan sonra elan olunacağı gözlənilir.
Xəbər lenti
MİQ imtahanları üçün ödəniş prosesi başlayır

Bu gün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin ödəniş prosesinə start veriləcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































