Sizin Reklam Burada
Xəbər lenti
06-07-2026
05-07-2026
BÜTÜN XƏBƏRLƏR

Məhkəmə Baş nazirin həyat yoldaşının NATO sammitində iştirakına icazə vermədi

Tarix: 07-07-2026 08:18     Baxış: 319 A- / A+
Məhkəmə, İspaniyanın Baş naziri Pedro Sançezin həyat yoldaşı Beqona Qomezin onunla Türkiyədəki NATO sammitinə getməsinə qarşı qərar qəbul edib.

İyunun 20-də hakim Xuan Karlos Peynado baş nazirin həyat yoldaşına qarşı məhkəmə prosesinin açılmasını, qabaqlayıcı tədbir olaraq, onun pasportunun müsadirə edilməsini və ölkədən çıxışının qadağan edilməsini əmr edib.

Qomez Peynadodan əvvəlcə 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitinə, daha sonra isə qızının məzun olması üçün Londona getməsinə icazə verməsini istəyib.

Baş nazirin həyat yoldaşına Ankaraya səyahət etmək üçün icazəsi verilməyib. Lakin Qomezin Böyük Britaniyaya səfər etməsinə icazə verilib. Böyük Britaniyaya səfərindən sonra o, pasportunu təhvil verməlidir.

Qeyd edək ki, İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq 2024-cü ildə başlayıb. O, əlaqələrdən sui-istifadə, mənimsəmə və biznes korrupsiyasında şübhəli bilinir. lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar