Sizin Reklam Burada
Xəbər lenti
06-07-2026
05-07-2026
BÜTÜN XƏBƏRLƏR

Milli Məclisdə Zimbabve parlamentariləri ilə görüş olub

Tarix: 06-07-2026 21:13     Baxış: 323 A- / A+
Milli Məclisdə Zimbabve parlamentariləri ilə görüş olub
İyulun 6-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Mudendanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Manevr.az xəbər verir ki, Milli Məclisinin Mətbuat vəictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycan ilə Zimbabve arasında münasibətlər son illərdə yüksələn xətt üzrə inkişaf edir. O, parlamentlərarası əlaqələrin dövlətlərarası əməkdaşlığın mühüm istiqamətlərindən biri olduğunu vurğulayaraq, qanunverici orqanlar arasında qarşılıqlı səfərlərin, komitələr və dostluq qrupları səviyyəsində təmasların genişləndirilməsinin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini qeyd edib.
Milli Assambleyanın sədri Yakob Mudenda Zimbabve parlamentinin Azərbaycanla parlamentlərarası əməkdaşlığın və dialoqun genişləndirilməsində maraqlı olduğunu bildirib. Bu əlaqələrin iki ölkə arasında siyasi və iqtisadi münasibətlərin inkişafına xidmət edəcəyini vurğulayıb.
Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Zaur Şükürov, Rizvan Nəbiyev, Gülşən Paşayeva, Nigar Məmmədova, Zimbabve Milli Assambleyasının Xarici əlaqələr və beynəlxalq ticarət komitəsinin sədri Şamu Vebster Kotivani çıxış ediblər. Onlar beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı fəaliyyət, iqtisadi, ticari, humanitar sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı fikirlərini bölüşüblər.
Söhbətdə tərəflər beynəlxalq parlament platformalarında əməkdaşlığın davam etdirilməsinin, inkişaf etməkdə olan ölkələri narahat edən qlobal məsələlər üzrə birgə fəaliyyətin gücləndirilməsinin, beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin, sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təşviqinin əhəmiyyətini vurğulayıblar.
Görüşdə Azərbaycan–Zimbabve münasibətlərinin müxtəlif istiqamətləri müzakirə olunub, iqtisadi əməkdaşlıq imkanlarına toxunulub, parlamentlərarası əlaqələrin  genişləndirilməsi  və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar