Xəbər lenti
Bakıda “BMW” iki yerə bölündü: İki nəfər yaralandı - Şəkillər
Böyükşor-Pirşağı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.İlkin məlumata görə, hərəkətdə olan “BMW” markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində işıq dirəyinə çırpılıb.
Güclü zərbənin təsirindən avtomobil iki hissəyə ayrılıb. Avtomobilin bir hissəsi hadisə yerindən təxminən 100 metr kənara düşərək alovlanıb.
Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə dərhal polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. apa
Manevr.az




Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
























.jpg)






