Sizin Reklam Burada
Xəbər lenti
07-07-2026
06-07-2026
BÜTÜN XƏBƏRLƏR

42 il sonra doğulduğu şəhərə nazir kimi qayıtdı - Şəkillər

Tarix: 07-07-2026 23:05     Baxış: 318 A- / A+
Niderlandın yeni baş nazirinin müavini və müdafiə naziri Dilan Yeşilgöz 42 ildən sonra doğulduğu Ankaraya rəsmi səfər edib.

NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında iştirak etmək üçün Türkiyəyə gələn Yeşilgöz Niderlandın baş naziri ilə birlikdə Ankaraya gəlib.


1977-ci ildə Ankarada anadan olan Dilan Yeşilgöz 7 yaşında ailəsi ilə birlikdə Hollandiyaya köçüb. Uzun illər bu ölkədə siyasi fəaliyyət göstərən Yeşilgöz əvvəlcə ədliyyə və təhlükəsizlik naziri, daha sonra isə hakim VVD partiyasının lideri olub.


Niderlandıda aylarla davam edən koalisiya danışıqlarından sonra formalaşan yeni hökumətdə Yeşilgöz Baş nazirin müavini və müdafiə naziri vəzifəsinə təyin edilib.


Yeni vəzifəsində o, Niderlandın müdafiə strategiyası, NATO qarşısındakı öhdəlikləri, Avropa təhlükəsizlik siyasəti və Ukraynaya hərbi dəstək proqramları üzrə əsas məsul şəxslərdən biri olacaq.


NATO Zirvəsi çərçivəsində Ankaraya gəlməzdən əvvəl Dilan Yeşilgöz sosial media hesabında paylaşım edərək səfərlə bağlı fikirlərini bölüşüb.


"Yüksək səviyyəli NATO görüşü üçün Ankaradayam. Təhlükəsizlik və iqtisadiyyat bir-biri ilə sıx bağlıdır. Müdafiəmizə milyardlarla avro sərmayə qoyur, müttəfiqlərimizlə əməkdaşlığı gücləndiririk. Bununla həm Hollandiyanı daha təhlükəsiz edir, həm də iqtisadiyyatımızı gücləndiririk", – deyə o bildirib.


Beləliklə, 7 yaşında tərk etdiyi doğma şəhərə 42 il sonra bu dəfə Niderlandın baş nazirinin müavini və müdafiə naziri kimi qayıdan Dilan Yeşilgöz NATO Zirvəsinin diqqət çəkən simalarından birinə çevrilib. musavat.com


Manevr.az 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar