Sizin Reklam Burada
Xəbər lenti
08-07-2026
07-07-2026
BÜTÜN XƏBƏRLƏR

NATO-nun yekun Bəyannaməsi açıqlandı

Tarix: 08-07-2026 20:46     Baxış: 321 A- / A+

NATO-nun yekun Bəyannaməsi açıqlandı


NATO-nun Ankarada keçirilən 36-cı Dövlət və Hökumət Başçıları Sammitinin yekun Bəyannaməsi dərc edilib.
Manevr.az xəbər verir ki, NATO müttəfiqləri 50 milyard dollardan çox dəyərdə yeni müdafiə müqavilələrinin imzalandığını elan ediblər:
 
“NATO Nizamnaməsinin 5-ci maddəsinə (kollektiv müdafiə - red.) və müdafiə istehsalının həcminin artırılmasına “sarsılmaz sadiqlik” vurğulanır.
 
Bir müttəfiqə hücum bütün müttəfiqlərə hücum deməkdir. Birliyimiz, həmrəyliyimiz və kollektiv gücümüz azad və demokratik ölkələrdən ibarət Alyansımızın milyardlarla vətəndaşı üçün sülhün, təhlükəsizliyin və rifahın təməli olaraq qalır. Biz çəkindirmə və müdafiəyə hərtərəfli yanaşmaya sadiq qalırıq.
 
İnvestisiyalar NATO ölkələrinin müdafiə imkanlarını gücləndirir. Müttəfiqlər arasında müdafiə ticarəti yolunda maneələrin aradan qaldırılmasına dair səylərimizi davam etdirəcək, müdafiə sahəsində əməkdaşlığı maksimum dərəcədə inkişaf etdirmək və genişləndirmək üçün NATO çərçivəsində tərəfdaşlıq münasibətlərimizdən istifadə edəcəyik.
 
NATO-nun çəkindirmə potensialı kosmik və kiber elementlər tərəfindən dəstəklənən nüvə, ənənəvi və raketdən müdafiə imkanlarının kombinasiyasına əsaslanır”.
 
Yekun Bəyannamədə Ukrayna və İrana xüsusi diqqət yetirilib: “Ukrayna transatlantik təhlükəsizliyə töhfə verir. NATO müttəfiqləri Ukraynanın öz azadlığını, suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququnu dəstəklədiklərini vurğulayırlar.
 
Müttəfiqlər bu il Ukraynaya 70 milyard avroluq hərbi avadanlıq, yardım və təlim dəstəyi verməyi öhdələrinə götürürlər”.
 
NATO ölkələri bir daha bəyan ediblər ki, İran heç vaxt nüvə silahına malik olmamalıdır və Tehranı “Hörmüz boğazında gəmiçilik azadlığına tam mənada hörmət etməyə” çağırıblar

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar