Sizin Reklam Burada
Xəbər lenti
08-07-2026
07-07-2026
BÜTÜN XƏBƏRLƏR

İki vəkilə töhmət verildi

Tarix: 08-07-2026 15:51     Baxış: 317 A- / A+

İki vəkilə töhmət verildi

İyulun 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.Manevr.az xəbər verir ki, Kollegiyanın sədri Anar Bağırov iclasda Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilən tədbirlər, görülən işlər və qarşıda duran əsas vəzifələr barədə danışıb.
İclasın gündəliyinə uyğun olaraq bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, dövlət qulluğunda fəaliyyətlərinə xitam verilməsi ilə əlaqədar vəkillik fəaliyyətlərinin bərpa olunması, eləcə də müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad edilmələri barədə müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul olunub.
Eyni zamanda iclasda Bakı şəhəri 41 saylı Vəkil Bürosunun təsis edilməsi, habelə bəzi vəkillərin vəkil kabineti yaratmaları ilə bağlı müraciətlər müzakirə olunaraq müsbət qərarlar qəbul edilib.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 2 vəkilə töhmət verilib, 1 vəkil barəsində cərimə tədbiri tətbiq olunub və 4 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə riayət etməsi diqqətə çatdırılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar