Xəbər lenti
Mənsurə Xələfbəylinin "Eh, dünya"sı - (hekayə)
Mənsurə Xələfbəyliyazıçı
Eh, dünya
(hekayə)
Ətrafımda tikilən yekə evlərin arasında itib-batan kiçik daxmamın bir ovuc kölgəsinə sığındım. Gözüm qoca çınarın altında yatan itimə sataşdı. Qalxıb ona yaxınlaşdım. Bir-iki dəfə səsləyəndən sonra gözlərini açıb yazıq-yazıq üzümə baxdı, sonra başını yana çevirib yenidən gözlərini yumdu. Nədənsə itin saymazyana hərəkəti əsəblərimə toxundu. Üstünə acıqlandım, ağzımdan özümə yaraşdırmadığım sözlər çıxdı:
- Burnundan gəlsin sənə yedirtdiklərim!
İt mənə necə baxdısa, lap karıxdım. Neçə gün idi ki, yazıq heyvana düz-əməlli yemək vermirdim. Əvvəllər işim var idi; mən də, itim də yaxşı yeyirdik. İşsiz qalandan bəri öz qarnımı güclə doyuzdururdum. Xəcalət təri təpəmdən girib dırnağımın ucundan süzüldü. Boynumu büküb ona tərəf baxdım. İtimə it həyatı yaşatdığım üçün utandım.
Yekə evlərin yekə itləri yekə-yekə hürəndə ürəyim sıxılırdı. Onlar kabab yeyir, dənizə çimməyə gedir, sahibləri ilə bir yataqda yatır, bəziləri xarici ölkələri belə gəzirdi.
Mənim itimin isə daldalanmağa düz-əməlli damı da yox idi. Yağış yağanda islanan, qışda qarın üstündə yatan, yayda istidən qovrulan itimə uzun- uzadı tamaşa etdim. Sonra dönüb yırtıq-sökük daxmama baxıb kövrəldim.
Eh, dünya, dünya... İtimə it həyatı yaşadırsan, elə mənə də...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































