Xəbər lenti
Ərdoğanın hədiyyə etdiyi bahalı tapançaları özləri ilə apara bilmədilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Ankarada keçirilən sammitinin yekununda Avropa liderlərinə üzərində onların adları həkk olunmuş fərdi tapançalar və döyüş patronları hədiyyə edib.
Manevr.az xəbər verir ki, bu barədə "Politico" nəşri Avropa İttifaqındakı (Aİ) mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa Şurasının sədri Antonio Koşta, Böyük Britaniyanın Baş naziri vəzifəsini icra edən Kir Starmer və Niderlandın hökumət başçısı Rob Cettenə oxşar hədiyyələr verilib.
Koştanın təhlükəsizlik xidməti tapançanı yoxlama üçün götürüb. Onu bütün hüquqi prosedurlar və saxlama qaydalarına riayət etməklə Belçikaya çatdırmaq planlaşdırılır.
Ursula fon der Lyayenin komandası silahla necə davranılacağı barədə açıqlama verməyib.
Digər Avropa liderləri hədiyyələri sonradan götürmək qərarına gəlibər. Belə ki, Kir Starmer və Rob Cetten tapançaları öz ölkələrinə aparmazdan əvvəl döyüş vəziyyətindən çıxarılması üçün Türkiyədə saxlayacaqlarını açıqlayıblar.
Lakin mənbələrin sözlərinə görə, bahalı hədiyyəlik tapançaların qiyməti, çox güman ki, Aİ-də rəsmi hədiyyələrin dəyəri üçün müəyyən edilmiş limiti aşır, buna görə də liderlər onları özlərində saxlaya bilməyəcəklər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































