Xəbər lenti
Azərbaycan dilində danışdığına görə bıçaqlandı

Manevr.az xəbər verir ki, Əli Mehdiyevin anası Sevinc Quliyeva oxu.az-a açıqlamasında bildirib ki, hadisədən sonra yayılan ilkin məlumatlar zərərçəkənin yanında olan şəxslərin dediklərinə əsaslanıb.
Oğlunun narkozdan ayıldıqdan sonra danışdıqları isə hadisənin əsl gedişatını ortaya qoyub:
"Oğlum gözünü açan kimi mənə dedi ki, hadisə elə olmayıb. Onun sözlərinə görə, məhəllədə dostu ilə söhbət edirmiş. Dostu ilə həm gürcü, həm də Azərbaycan dilində danışırmışlar. Lakin məhəllədə yaşayan 55 yaşlı Giorgi Tsabudaşvili Azərbaycan dilində danışdığı üçün oğlumu söyməyə başlayıb.
Onu şəxsən tanımırıq. Oğlum deyib ki, mən ona cavab qaytaranda əvvəlcə məni vurdu. Mən də onu cavab olaraq vurdum. Bundan sonra o, gedib bıçaq gətirdi və üstümə hücum çəkdi".
S.Quliyevanın sözlərinə görə, hadisə bununla bitməyib. Oğlu canını qurtarmaq üçün qaçmağa çalışsa da, hücum edən şəxs onu təqib edib:
"Əlindən qaçanda da dalınca düşüb. Qaça-qaça oğlumu arxadan da bıçaqlayıb. Bel nahiyəsindən, arxa hissəsindən və qarnından zərbələr endirib. Oğlumun bədənində ümumilikdə beş bıçaq yarası var. Ən ağır zərbələr qarın nahiyəsinə dəyib".
Zərərçəkmişin anası qeyd edib ki, məhəllədə azərbaycanlılar, gürcülər və ermənilər yaşayırlar. Özləri isə rəsmi olaraq Gürcüstan vətəndaşıdırlar.
Ana iddia edib ki, hadisəni törədən şəxs azərbaycanlılara qarşı aqressiv münasibəti ilə əvvəllər də tanınıb:
"Sonradan mənə dedilər ki, həmin adam bizim milləti xoşlamır. Bundan əvvəl də məhəllədə başqa uşaqlarla dava edib. Hətta bir uşağı boğmağa cəhd etdiyini də eşitmişik. Oğlum dedi ki, onlara yaxınlaşıb yalnız gürcü dilində danışmalarını istəyib. Halbuki oğlum Gürcüstanda böyüyüb, gürcü dilini çox yaxşı bilir. Sadəcə, dostları ilə söhbət edəndə gürcü və Azərbaycan dillərini qarışıq danışırlar".
S.Quliyeva bildirib ki, hadisə baş verəndə işdə olub, ona telefonla məlumat veriblər:
"Mənə dedilər ki, oğlum onun əlindən qaçandan sonra həmin adam gedib mişar götürüb. Bunu görən qonşulardan biri əlindən almağa çalışıb. Həmin vaxt mişar qonşunun da əlini kəsib".
Hazırda 15 yaşlı Əli Mehdiyevin müalicəsi reanimasiya şöbəsində davam etdirilir:
"Uşaq gözünü açıb, danışır, telefonu da əlinə alır. Amma yaraları çox olduğu üçün hələ reanimasiyadan palataya köçürmürlər. Dalağı zədələndiyi üçün götürülüb. Ürəyinin alt hissəsindən də xəsarət alıb. Ağrıları çox olduğundan morfi və digər ağrıkəsicilər vururlar. Həkimlər vəziyyətinin stabil olduğunu, sağalacağına ümid etdiklərini deyirlər. Bizə dedilər ki, hüquq-mühafizə orqanları oğlumun sağlamlığına qəsdən ağır xəsarət yetirməkdə təqsirləndirilən şəxsi saxlayıb, araşdırma aparılır. Amma öyrənmişik ki, həmin şəxsin "dəlilik kağızı" var, bilmirəm, indi proses necə olacaq".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































