Xəbər lenti
“Qarabağ”dan 100 milyonluq transfer: Azərbaycan futbolunda nə baş verir?
“Qarabağ”ın Kamilo Duranı “Seltik”ə satması Azərbaycan futbolunda miqyası təsəvvür edilməyəcək yatırımdır, investisiyadır. Məlumata görə transfer 5,5 milyon avroya, təxminə 10 milyon manata gerçəkləşib.Deməli, “Qarabağ” brendi, “Qarabağ”ın Avropadakı illərlə çəkdiyi əziyyət artıq öz bəhrəsini verir.
Artıq böyük klublar “Qarabağ”a maraq göstərir. Niyə də göstərməsinlər? Ötən mövsüm Çempionlar Liqasında yaşanan möcüzə zamanı hər kəs bu sualı verirdi axı: Bu büdcə, bu futbolçularla bunu necə bacarırlar? Və ardınca o futbolçulara təklif gəldi. Sanballı təklif.
Duranın “Seltik”ə keçməsindən sonra skautların gözü Azərbaycan futbol bazarında olacaq. Təkcə bumu? Yox, Duranın Şotlandiya nəhənginə getməsi Azərbaycana gəlməyə tərəddüd edən futbolçular üçün də motivasiya olacaq. İndi futbolçu gətirmək daha da asanlaşacaq. Nöşün ki, tərəddüd edənlər burada perspektiv olduğunu gördülər.
“Qarabağ” Duranı “Seltik”ə 10 yox, 100 milyona satıb. Bu, 100 milyonluq yatırımdır, sərmayədir. Təkcə “Qarabağ”a yox, bütün komandalara pay düşəcək bu yatırımdan. İndi qalır bundan maksimum yararlanmağa. Bundan sonra Azərbaycana gənc, amma perspektivli futbolçu gətirilsə, onun gələcəkdə yaxşı qiymətə satılacağı ehtimalı artıq birə on artıb. İndi sadəcə iş görmək lazımdır, bu günün 10 milyonu 100 milyonluq sərmayədirsə, sabahın 100 milyonu 1 milyard dəyərində olacaq. Görək kim necə yararlanacaq bu fürsətdən.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































