Xəbər lenti
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
Kiberdələduzlar saxta internet səhifələri və keçidlər, uduş və hədiyyə vədləri, eləcə də digər cəlbedici təkliflər vasitəsilə vətəndaşların bank kartlarına aid məxfi məlumatları ələ keçirməyə çalışırlar.Manevr.az xəbər verir ki, vətəndaşlara bir daha xatırladırıq ki, bank kartının məlumatları, o cümlədən CVV/CVC və əməliyyatların təsdiqi üçün göndərilən 3D Secure OTP kodları məxfidir və heç bir halda digər şəxslərlə paylaşılmamalıdır. Naməlum keçidlərə daxil olmaqdan, etibarlılığı şübhəli olan internet səhifələrində kart məlumatlarını qeyd etməkdən, şübhəli zəng, mesaj və təkliflərdən çəkinin.
Daxili İşlər Nazirliyi vətəndaşları internet resurslarından istifadə zamanı diqqətli və ayıq-sayıq olmağa, bank məlumatlarının təhlükəsizliyini qorumağa çağırır.
Kiberdələduzluq halları ilə qarşılaşdıqda dərhal DİN-in "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edin.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































