Sizin Reklam Burada
Xəbər lenti
14-07-2026
13-07-2026
BÜTÜN XƏBƏRLƏR

"Anamı və arvadımı cin-şeytan kimi görürdüm" - Goranboydakı dəhşətli cinayətin TƏFƏRRÜATI

Tarix: 14-07-2026 21:44     Baxış: 323 A- / A+
"Anamı və arvadımı cin-şeytan kimi görürdüm" - Goranboydakı dəhşətli cinayətin TƏFƏRRÜATI
Goranboy rayon sakininin anasını qətlə yetirməsinin, həyat yoldaşını isə ağır yaralamasının təfərrüatı məlum olub.

Hadisə rayonun Faxralı kəndində baş verib.

Kənd sakini, Vətən müharibəsi qazisi, III qrup əlil olan 1987-ci il təvəllüdlü Emin Xaləddin oğlu Vəliyev radikal dindarlığı təbliğ etməyə başlayıb və o, bununla bağlı evdə anası və həyat yoldaşına da tələblər qoyub. Lakin həyat yoldaşı və anası onun tələblərini rədd ediblər. Bundan qəzəblənən E.Vəliyev həyat yoldaşı və anasını öldürmək qərarına gəlib. O, gecə saat 4 radələrində yaşadığı evin yataq otağında üstündə gəzdirdiyi bıçaqla yatmış vəziyyətdə olan həyat yoldaşı Jalə Yolçuyevaya zərbələr endirməyə başlayıb. Ona 15 bıçaq zərbəsi vuraraq qəsdən öldürməyə cəhd edib. Hadisə zamanı qadın qışqırdığı üçün onun səsinə Emin Əliyevin anası Zoya Əhmədova və azyaşlı övladları gəlib. Onlar qadını Eminin əlindən almağa cəhd edərkən bıçaqla anasına da 8 bıçaq xəsarəti yetirib.

Daha sonra mənzili tərk edib. Hadisə nəticəsində J.Yolçuyeva xəstəxanaya çatdırılaraq sağ qalsa da, Z.Əhmədova dünyasını dəyişib.

Hadisə yerinə polis əməkdaşları gəliblər, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən E.Əliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib.

Məhkəmə istintaqı zamanı ifadə verən E.Əliyev deyib ki, hadisəni törədərkən anlaqsız olub. O bildirib ki, Vətən müharibəsində ağır travmalar aldığından evdə ailə münaqişəsi zəminində davaları olub:

"Son vaxtlar özümdə olmurdum. Anamı və həyat yoldaşımı görmək istəmirdim.

Onlarla mübahisə edirdim. Anamı və həyat yoldaşımı bıçaqlamağım yadımda deyil. Neçə bıçaq zərbəsi vurmuşam, bilmirəm. Anam və həyat yoldaşımı cin-şeytan kimi görürdüm.

Hadisəni törədərkən uşağımın qışqırmasına ayıldım, nə baş verdiyini bilmədim".

Məhkəmədə şahid ifadələrinin dinlənilməsindən sonra istintaq yekunlaşıb və məhkəmənin hökmü ilə E.Əliyev 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar