Sizin Reklam Burada
Xəbər lenti
15-07-2026
BÜTÜN XƏBƏRLƏR

Dünya çempionatının final matçı təxirə salına bilər

Tarix: 17-07-2026 12:24     Baxış: 422 A- / A+
Dünya çempionatının final matçı təxirə salına bilər
Futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçiriləcək final oyunu təxirə salına bilər.

Manevr.az xəbər verir ki, buna səbəb Kanadada davam edən meşə yanğınları nəticəsində yaranan tüstünün ABŞ-nin şimal ştatlarına qədər yayılmasıdır. Zəhərli hava kütləsinin futbolçuların, məşqçilərin və azarkeşlərin sağlamlığı üçün risk yaratdığı bildirilib.
Artıq Çikaqoda açıq havada keçirilməsi planlaşdırılan bəzi tədbirlər ləğv olunub. Hətta MLS-in müntəzəm mövsümündə keçirilməli olan "Çikaqo Fayr" – "Vankuver Uaytkaps" görüşü də təxirə salınıb.
Tüstünün yaxın günlərdə dağılmayacağı ehtimal olunduğundan, bəzi ekspertlər dünya çempionatının Nyu-Yorkda təşkil ediləcək final matçının da risk altında olduğunu düşünürlər.
Hazırda həlledici qarşılaşmanın təxirə salınacağı ilə bağlı rəsmi qərar yoxdur. Lakin havanın çirklənmə səviyyəsi sağlamlıq üçün təhlükə yaradacağı təqdirdə, FIFA-nın yarışın təqvimində dəyişiklik edilməsini nəzərdə tutan xüsusi protokolları mövcuddur.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatının final görüşü iyulun 19-da “MetLayf” stadionunda keçiriləcək."Unikal"



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar