Xəbər lenti
Prezidentin çıxışlarını mərcə qoyub sərvət qazanırmış - Şəkillər

ABŞ Prezidenti Donald Trampın çıxışlarında istifadə olunacaq sözlərə mərc edərək on minlərlə dollar qazandığı bildirilən Ağ Ev əməkdaşı barədə araşdırma başlanılıb.
2016-cı ildən Trampın teleprompter operatoru kimi çalışan Qabriel Perez prezidentin çıxış mətnlərinə əvvəlcədən çıxış imkanından istifadə edərək “Kalshi” adlı proqnoz platformasında mərc oyunları oynayıb.
Məlumata əsasən, Perez Trampın çıxışlarında hansı söz və ifadələrin səslənəcəyinə dair mərc edərək, 100 min dollardan çox (təxminən 170 min manat) gəlir əldə edib.
Bildirilir ki, teleprompter operatoru prezidentin çıxışlarını yayımlanmamışdan əvvəl görən son şəxslərdən biri olub və hətta Trampın son anda etdiyi dəyişikliklərdən də xəbərdar olub.
Araşdırma çərçivəsində Perezin son üç ay ərzində Trampın ən azı 12 çıxışına mərc etdiyi müəyyən edilib. Bu çıxışlar arasında ABŞ Prezidentinin Davos Dünya İqtisadi Forumundakı çıxışı, əsas televiziya müraciətləri və müxtəlif rəsmi tədbirlərdəki çıxışları da var.
Hadisənin üzə çıxmasından sonra Ağ Evin mətbuat katibi Kerolayn Livitt Qabriel Perezin ödənişsiz inzibati məzuniyyətə göndərildiyini açıqlayıb.
Livitt bildirib ki, məsələ ilə bağlı Donald Trampla danışıb və Prezident baş verənləri “rüsvayçılıq” adlandırıb. Onun sözlərinə görə, Perezin vəzifəsindən uzaqlaşdırılması qərarı birbaşa Tramp tərəfindən verilib.
Məlumata görə, Perez bəzi hallarda Trampın teleprompterdəki mətndən kənara çıxacağını hiss etdikdə mərclərini dəyişib və ya geri götürüb.
Donald Trampın tez-tez əvvəlcədən hazırlanmış çıxış mətnlərinə tam əməl etmədiyi məlumdur. Prezident yanvar ayında Detroyt İqtisadi Klubunda çıxışı zamanı “Vaxtın təxminən 80 faizində teleprompterdən uzaqlaşıram” demişdi.
İstintaqın mərkəzində olan “Kalshi” platformasının daxili qaydaları əməkdaşların vəzifə zamanı əldə etdikləri qeyri-ictimai məlumatlardan mərc məqsədilə istifadə etməsini qadağan edir.
Bildirilib ki, şirkət son aylarda istifadəçilərdən işlədikləri qurumlar barədə əlavə məlumat tələb etməyə başlayıb.
ABŞ Ədliyyə Nazirliyi son aylarda proqnoz bazarlarında məxfi məlumatlardan istifadə ilə bağlı bir neçə araşdırma başladıb.
Bu işlərdən biri Venesuela lideri Nikolas Maduro ilə bağlı mərc edən hərbçi, digəri isə daxili məlumatlardan istifadə etməkdə şübhəli bilinən “Google” əməkdaşı ilə bağlıdır. qafqazinfo
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































