Xəbər lenti
Ucuz mənzillər hələ də satışdadır - Video
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial layihəsi üzrə Bakının Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarında yeni yaşayış komplekslərində olan mənzillərin satışı davam edir.Bu barədə ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, 3 və 4 otaqlı, tam təmirli və istifadə olunmamış, çıxarışlı və ipoteka krediti ilə də almaq mümkün olan bu mənzillər bazar qiymətindən xeyli aşağı qiymətə - kv.metri 435-830 manat aralığında satışa çıxarılıb.
Mənzillərlə ms.sosial.gov.az portalında tanış ola bilərsiniz.
Seçdiyiniz mənzili portaldakı “Bron et” düyməsini sıxmaqla onun bron edə bilərsiniz.
Bir mənzili 3 şəxs bron edə bilər. İlk bron edən şəxs mənzili almadıqda, mənzili almaq hüququ bron etmiş digər şəxsə keçir.
Mənzili bron edərək alan şəxs ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında 10 gün müddətində alqı-satqı müqaviləsi bağlanır. Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda ala bilər.
Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına yönəldilir.
Əlavə məlumat üçün 142-Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































