Xəbər lenti
"Azı 40 manat xərcləyirsən" - Elməddin gileyləndi
"Kanallarda şou verilişləri dayandı, ancaq ağlaşma. Getməyəndə deyirlər, yekəxanasan. Gedib zarafat da etmək olmur. Əvvəl komediya, indi ağlaşma reytinq verir. Düzdür, ağlaşma verilişlərini bağladılar".Manevr.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "YouTube" kanallarından birinə müsahibəsində deyib. Aktyor verilişlərə getməməsindən danışıb.
Elməddin Azərbaycanda film sənayesinin vəziyyətindən də gileylənib. O bildirib ki, son illər kino sahəsində ciddi problemlər yaşanır:
"Son vaxtlar film çəkilmir. Film sahəsi çöküb. Dramaturq, ssenarist çatışmır. Hər şeydən nəsə çatışmır: ssenari, operator, aktyor. Operatorlar fokus tuta bilmir. Tamaşaçı da gəlmir. Əvvəldən də belə idi. İndi "Netflix" daha sərfəlidir. 20 manat verib bir ay filmə baxa bilirsən. Amma kinoteatrda 20 manata alınmır. Azı 40 manat xərcləyirsən".
Sənətçi kinoya marağın yenidən artması üçün keyfiyyətli ssenarilərin və peşəkar kadrların yetişdirilməsinin vacib olduğunu vurğulayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























