Xəbər lenti
Macarıstan prezidenti vəzifədən uzaqlaşdırıldı: Yerinə kim gəldi?
Macarıstan Prezidenti Tamaş Şuyok vəzifəsindən uzaqlaşdırılıb. Onun səlahiyyətlərini müvəqqəti olaraq parlamentin sədri Aqneş Forsthoffer icra edəcək.Bu barədə hökumət nümayəndəsi Madyar milli televiziya kanallarında videomüraciət yayıb.
O bildirib ki, Tamaş Şuyok parlamentin qəbul etdiyi Konstitusiyaya 17-ci düzəlişi imzalayıb və bununla da onun səlahiyyətlərinə iyulun 20-si saat 00:00-dan etibarən xitam verilir. Əsas qanunun müddəalarına əsasən, bu tarixdən etibarən prezidentin vəzifələrini müvəqqəti olaraq Dövlət Məclisinin sədri Aqneş Forsthoffer yerinə yetirəcək.
Qeyd edək ki, Tamaş Şuyok sözügedən düzəlişi imzalamasına baxmayaraq, sənədi konstitusiyaya və demokratiya prinsiplərinə zidd hesab etdiyini bəyan edib. O, sənədin qüvvəyə minməsi ilə bağlı məsuliyyətin ölkənin yeni hökumətinin üzərinə düşdüyünü vurğulayıb.
Yeni hökumətin təşəbbüsü ilə parlament çoxluğu tərəfindən qəbul edilən 17-ci düzəlişə əsasən, sənəd qüvvəyə mindiyi andan etibarən hazırkı prezidentin səlahiyyətlərinə xitam verilir və parlament 30 gün ərzində yeni dövlət başçısını seçməlidir.
Yeni hökumət bu addımın səbəbini Tamaş Şuyokun vəzifə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməməsi və hüququn aliliyinin təminatçısı kimi çıxış etməməsi ilə əsaslandırıb. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































