Sizin Reklam Burada
Xəbər lenti
18-07-2026
17-07-2026
BÜTÜN XƏBƏRLƏR

İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?

Tarix: 18-07-2026 21:52     Baxış: 325 A- / A+
İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?

İşçilərin iş vaxtı ərzində şəxsi səbəblərlə qısa müddətlik, məsələn, 1 saatlıq işdən ayrılması halları müəssisələrdə tez-tez rast gəlinən məsələlərdən biridir.

Bəs belə hallarda icazənin mütləq yazılı şəkildə rəsmiləşdirilməsi qanunvericiliyin tələbidirmi, yoxsa bu, işəgötürənin daxili qaydalarından asılıdır?

İqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, bu məsələ birbaşa Əmək Məcəlləsi ilə deyil, əsasən müəssisənin daxili əmək intizamı qaydaları və əmək müqaviləsinin şərtləri ilə tənzimlənir.

Manevr.az 

Onun sözlərinə görə, qanunvericilikdə işçinin 1 saatlıq və ya digər qısa müddətli icazəsinin hansı formada – yazılı və ya şifahi rəsmiləşdirilməsinin məcburi olduğu barədə konkret tələb yoxdur.

“Bu, hər bir müəssisənin daxili qaydaları ilə həll olunur. Eyni zamanda əmək müqaviləsində də bununla bağlı müddəalar nəzərdə tutulur. İcazə həm yazılı, həm də şifahi şəkildə verilə bilər. Bu, müəssisənin daxili intizam qaydalarından asılıdır. Əmək Məcəlləsində bu məsələnin necə rəsmiləşdirilməli olduğu birbaşa göstərilməyib. Qaydalar müəssisədaxili sənədlərlə tənzimlənir”, – deyə ekspert vurğulayıb.

Əkrəm Həsənov qeyd edib ki, bəzi işəgötürənlər gələcəkdə yarana biləcək mübahisələrin qarşısını almaq və iş vaxtının uçotunu düzgün aparmaq məqsədilə qısa müddətli icazələrin yazılı ərizə və ya elektron müraciət əsasında rəsmiləşdirilməsini tələb edirlər. Bu yanaşma hüquqi baxımdan mümkündür və müəssisənin daxili intizam qaydalarına uyğun olduğu halda tətbiq edilə bilər.

Ekspertin fikrincə, işçi və işəgötürən arasında bu kimi məsələlərin əvvəlcədən müəyyən edilmiş daxili prosedurlar əsasında həll edilməsi sonradan yarana biləcək anlaşılmazlıqların qarşısını alır. Buna görə də işçilər işlədikləri müəssisənin daxili əmək intizamı qaydaları və əmək müqaviləsində nəzərdə tutulan şərtlərlə yaxından tanış olmalıdırlar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar