Xəbər lenti
Boksçularımız Gürcüstanda 13 medal qazandı

Gürcüstanın Qori şəhərində 17 yaşadək boksçular (U-17) arasında beynəlxalq turnir keçirilib.
Azərbaycan millisi 5 ölkənin qatıldığı yarışda 5 qızıl, 6 gümüş və 2 bürünc medal qazanıb.
Bütün rəqiblərinə qalib gələn Həsrət Məmmədov (46 kiloqram), İsmayıl Nəsirzadə (52 kiloqram), Əli Abaslı (60 kiloqram), Yusif Həsənli (66 kiloqram) və Şükar Əliyev (80 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Vaqif Məhəmmədli (50 kiloqram), Qardaş Rəhimov (54 kiloqram), Əli Camalzadə (57 kiloqram), Yusif Ağakişiyev (75 kiloqram), Saleh Fərəcov (80 kiloqram), Mehran Rəsulov (+80 kiloqram) ikinci, Aydın Şahbazov (46 kiloqram) və Sabir Rüstəmov (60 kiloqram) üçüncü yeri tutublar. bakupost.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































