Sizin Reklam Burada
Xəbər lenti
25-08-2026
24-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan klublarından günün transferləri: Kimlər gəldi?

Tarix: 21-07-2026 15:26     Baxış: 399 A- / A+
Azərbaycan klublarından günün transferləri: Kimlər gəldi?
Azərbaycanın Premyer Liqa klubları transfer çalışmalarını davam etdirir.
Manevr.az xəbər verir ki, bu gün bir neçə transfer rəsmən açıqlanıb.

"Turan Tovuz" fransalı yarımmüdafiəçi Stiv Beusnardı heyətinə qatıb. 34 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.

"Monpelye"nin yetirməsi olan Stiv Beusnard son mövsümdə Fransa Liqa 2-də "Pau" forması ilə 27 oyunda meydan olub. O, karyerası ərzində vətənində "Bezye" və "Ayaçço" klublarında da çıxış edib.

"Qəbələ" klubu nigeriyalı futbolçu Uboçioma Meşakla anlaşıb. 24 yaşlı vingerlə "1+1" illik müqavilə bağlanıb.


Meşakın son klubu Macarıstan təmsilçisi "Kazintsbartsika" olub. O, müxtəlif illərdə "Zalaeqerseq" (Macarıstan), "Nafta" (Sloveniya), "Livinqston", "Dandi Yunayted" (hər ikisi Şotlandiya) klublarında çıxış edb.

"Şəfa" klubu kanadalı vinger Treyvon Fulleri heyətinə qatıb. 24 yaşlı futbolçu ilə "1+1" illik müqavilə bağlanıb.

Treyvon Fuller son olaraq Gürcüstanın "Dila" (Qori) komandasında çıxış edib. O, karyerası ərzində Portuqaliyanın "Tondela", "Leyşoynş" və "Kovilya" klublarının da formasını geyinib.

"Araz-Naxçıvan" isə futbolçusu Bruno Frankonun müqaviləsinin müddətini uzadıb. Cinah müdafiəçisi daha 1 il komandanın uğurları üçün çalışacaq. Braziliyalı oyunçu 2025/2026 mövsümünü də "Araz-Naxçıvan"ın heyətində keçirib.

"Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar