Sizin Reklam Burada
Xəbər lenti
23-07-2026
22-07-2026
BÜTÜN XƏBƏRLƏR

"İdrak" liseyində müəllimini silahla vurmaqda təqsirləndirilən şagirdin məhkəməsi ilə bağlı QƏRAR

Tarix: 24-07-2026 11:53     Baxış: 325 A- / A+

"İdrak" liseyində müəllimini silahla vurmaqda təqsirləndirilən şagirdin məhkəməsi ilə bağlı QƏRAR
Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən şagirdin məhkəmə prosesinin qapalı keçirilməsi ilə bağlı qərar qəbul olunub.
Manevr.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə sözügedən qərar hər iki tərəfin məhkəmə iclasının yenidən qapalı keçirilməsi barədə verdiyi vəsatət üzrə qəbul olunub.
Zərərçəkən tərəfin prosesin qapalı keçirilməsi üçün verilən vəsatəti sosial şəbəkədə paylaşılan postlarda yazılan mənfi rəylərlə bağlı olub.
Təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə də vəsatəti əsaslandırarkən deyib ki, prosesdə azyaşlılar şahid qismində ifadə verəcəklər. Həmçinin o bildirib ki, proseslə bağlı xəbərlər yayımlananda sosial şəbəkədə təqsirləndirilən şəxsin və onun ailəsinin barəsində nalayiq rəylər yazılır. Vəkil bu səbəbdən prosesin qapalı keçirilməsini xahiş edib.
Məhkəmə vəsatəti təmin edib, prosesin qismən qapalı keçirilməsi barədə qərar qəbul olunub.
Qərarda göstərilib ki, ədalət mühakiməsinin aparılması və şəxslərin sərbəst ifadə verməsi üçün proses qismən qapalı keçiriləcək. Hazırda qapalı iclasda tərəflərin dindirilməsi davam edir.
Qeyd edək ki, hadisə 2026-cı il fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyində baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar