Sizin Reklam Burada
Xəbər lenti
25-07-2026
BÜTÜN XƏBƏRLƏR

Peskov: Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir

Tarix: 27-07-2026 17:11     Baxış: 327 A- / A+


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində gəmilərə endirdiyi zərbələri "son dərəcə təhlükəli" adlandırıb.
Manevr.az xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında bildirib ki, bu cür hücumlar regionda gərginliyin növbəti mərhələsidir.
"Bu, son dərəcə təhlükəlidir. Bu, gərginliyin növbəti mərhələsidir. Kiyev rejimi ilə mübarizə aparmaq lazımdır", – deyə Kremlin sözçüsü vurğulayıb.
Peskovun sözlərinə görə, Ukraynanın Xəzər dənizində gəmilərə zərbələr endirməsi döyüş əməliyyatlarının coğrafiyasının genişləndirilməsi tendensiyasını göstərir.
Xatırladaq ki, iyulun 25-də İran Ukraynanı Xəzər dənizində İranın ticarət gəmisinə zərbə endirməkdə ittiham edib. İran Xarici İşlər Nazirliyi hadisə nəticəsində bir nəfərin həlak olduğunu, bir nəfərin isə yaralandığını açıqlayıb və Ukraynanın müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Ukrayna Silahlı Qüvvələrinin Rusiya ilə İran arasında hərbi yüklərin daşınmasında istifadə olunduğunu iddia etdiyi gəmilərə zərbələr endirdiyini bildirib.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında Ukraynanın İranın kommersiya gəmisinə hücumunun cavabsız qalmayacağını bəyan edib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar