Sizin Reklam Burada
Xəbər lenti
27-07-2026
BÜTÜN XƏBƏRLƏR

"İdrak" liseyində müəllimi güllələyən şagirdin atasına hökm oxundu

Tarix: 28-07-2026 14:37     Baxış: 430 A- / A+

"İdrak" liseyində müəllimin güllələnməsində ittiham olunaraq həbs edilən yeniyetmənin atası barədə qərar verilib.

Manevr.az xəbər verir ki, bununla bağlı Binəqədi rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, təqsirləndirilən Samir Şiriniov Cinayət Məcəlləsinin 230-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona aylıq qazancından dövlət nəfinə 20%-i məbləğində pul tutulmaqla, 2 il müddətə islah işləri cəzası təyin edilib.

Qeyd edək ki, Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmənin cinayət işi üzrə hazırda məhkəmə araşdırması davam edir.

Hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl "İdrak” liseyində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-si Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi başlanılıb. Ə.Ş-yə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar