Xəbər lenti
43 il əvvəl 13 yaşında Azərbaycan Tibb İnstitutuna qəbul olunmuşdu - İndi ABŞ-da məşhur neyrocərrahdır

1983-cü ildə Azərbaycanda ən çox müzakirə olunan hadisələrdən biri cəmi 13 yaşlı Konstantin (Kostya) Slavinin Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunması idi. O dövrdə məktəb yaşında olan bir uşağın ali məktəb tələbəsi olması ölkədə böyük rezonans doğurmuşdu.
Sonradan dünya şöhrətli neyrocərraha çevrilən Konstantin Slavin 1970-ci il avqustun 20-də Bakıda anadan olub. Ana tərəfdən azərbaycanlı köklərə malik olan Slavin sovet təhsil sistemi dövründə cəmi beş yaşında məktəbə başlayıb və qeyri-adi istedadı sayəsində 13 yaşında Azərbaycan Dövlət Tibb İnstitutunun tələbəsi adını qazanıb.
O, ali təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra 1988–1992-ci illərdə Moskvada neyrocərrahiyyə üzrə rezidentura keçib. Daha sonra 1994–1995-ci illərdə ABŞ-da ümumi cərrahiyyə sahəsində ixtisasını artırıb.

10 mindən çox mürəkkəb əməliyyat keçirib
Bu gün Konstantin Slavin ABŞ-ın nüfuzlu tibb alimlərindən biri hesab olunur. O, İllinoys Universitetinin professoru, tanınmış neyrocərrah və uzun illər beynəlxalq elmi təşkilatlarda rəhbər vəzifələrdə çalışmış mütəxəssisdir.
Karyerası ərzində 10 mindən çox mürəkkəb neyrocərrahiyyə əməliyyatı həyata keçirən Slavin 400-dən artıq elmi məqalə və nəşrin müəllifidir. Onun adına dörd patent də qeydə alınıb.
"Heydər Əliyevin mənim həyatımda xüsusi rolu olub”
Konstantin Slavin müxtəlif müsahibələrində bildirib ki, 13 yaşında ali məktəbə qəbul olunması zamanı yaşının az olması səbəbindən müəyyən tərəddüdlər yaranıb. Onun sözlərinə görə, həmin dövrdə Azərbaycan rəhbəri olan Heydər Əliyevin bu məsələdə xüsusi rolu olub.
Slavin xatırlayıb ki, Heydər Əliyevlə ilk dəfə məktəbli ikən, ikinci dəfə isə artıq Tibb İnstitutunun tələbəsi kimi görüşüb və bu görüşlər onun yaddaşında dərin iz buraxıb.

"Bakı mənim evimdir”
Uzun illərdir ABŞ-da yaşayan Konstantin Slavin doğma şəhəri Bakı ilə əlaqələrini qoruyub saxlayır. O, il ərzində bir neçə dəfə Azərbaycana gəlir. Məşhur neyrocərrah bildirib: "Valideynlərim, dostlarım və qohumlarım hələ də Bakıda yaşayırlar. Mən bakılı olduğum üçün fəxr edirəm. Bakı mənim evim, doğma şəhərimdir. Mən Azərbaycan vətəndaşı və vətənpərvər olaraq qalıram.”
Slavin həmçinin vurğulayıb ki, valideynləri onu heç vaxt "möcüzə uşaq” kimi böyütməyiblər. "Anam və atam heç vaxt təhsilimlə bağlı məni bütə çevirməyiblər. Məni adi bir uşaq kimi böyüdüblər.”
Elmi fəaliyyəti davam edir
Konstantin Slavin hazırda da aktiv elmi və tibbi fəaliyyətini davam etdirir. O, ABŞ, Avropa, Asiya, Latın Amerikası və Avstraliyanın aparıcı universitet və klinikalarında mühazirələr oxuyur, beynəlxalq neyrocərrahiyyə konfranslarında çıxış edir.
Onun iki övladı var. Oğlu San-Fransiskoda, qızı isə Vaşinqtonda yaşayır. Hər ikisi fərqli peşə seçsə də, Konstantin Slavin tibb sahəsində qazandığı uğurlarla həm doğulduğu Bakı şəhərinin, həm də dünya neyrocərrahiyyəsinin tanınmış simalarından biri olaraq qalır./Azpost.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































