Sizin Reklam Burada
Xəbər lenti
28-07-2026
27-07-2026
BÜTÜN XƏBƏRLƏR

Keçid ballarında dəyişiklik olacaq? - AÇIQLAMA

Tarix: 29-07-2026 11:29     Baxış: 421 A- / A+

Ali təhsil müəsissələrinə qəbul üzrə keçid ballarında ciddi dəyişiklik gözlənilmir.
Manevr.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Aparat rəhbəri Vəfadar Misirov "Ali təhsil müəssisələrinin sərgisi"nin açılış mərasimində çıxışında deyib.
O bildirib ki, xüsusilə IV ixtisas qrupunda, əsasən tibb istiqamətini seçən abituriyentlər arasında müsabiqə daha yüksək olur:
"Burada bal intervalları üzrə abituriyentlərin sayı da dəqiq görünəcək. Ümumilikdə, IV qrup üzrə əsas rəqabət 600 və daha yuxarı bal toplayan abituriyentlər arasında gözlənilir. Digər qruplarda isə vəziyyət müəyyən qədər fərqlidir. Plan yerlərində və keçid ballarında ötən illə müqayisədə ciddi dəyişikliklər gözlənilmir. Yalnız müəyyən ixtisaslarda keçid ballarına uyğun kiçik dəyişikliklər ola bilər".
Aparat rəhbəri əlavə edib ki, sərgi çərçivəsində ənənəvi olaraq psixoloji testlər də təşkil olunacaq:
"Adətən, bu xidmət ödənişlidir, lakin sərgi keçirilən üç gün ərzində abituriyentlər peşə seçimi ilə bağlı psixoloji testlərdən ödənişsiz istifadə edə biləcəklər. Bundan əlavə, psixoloji dəstək xidməti də fəaliyyət göstərəcək. Psixoloqlar abituriyentlərlə görüşərək onlara ixtisas seçimi ilə bağlı fərdi məsləhətlər verəcəklər".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar