Xəbər lenti
İkinci qəbul imtahanı asan olacaq? - Àçıqlama

Manevr.az bakupost.az-a istinadən xəbər verir ki, bunu "AzEdu Podkast"ında danışan təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib.
O vurğulayıb ki, belə iddialar reallığı əks etdirmir:
"Bu fikir başdan-ayağa mifdir. İkinci qəbul imtahanının ödənişli olması onun daha asan keçiriləcəyi anlamına gəlmir".
Ekspert qeyd edib ki, Dövlət İmtahan Mərkəzində suallar beynəlxalq testologiya prinsiplərinə uyğun hazırlanır və imtahanların çətinlik səviyyəsi xüsusi balans əsasında müəyyən edilir:
"İstər birinci, istərsə də ikinci cəhd olsun, testologiyanın prinsipləri dəyişmir. Sualların asan, orta və çətin səviyyəsi əvvəlcədən balanslaşdırılır. Buna görə də ikinci cəhdin xüsusi olaraq daha rahat keçiriləcəyini gözləmək düzgün deyil".
Onun sözlərinə görə, ikinci imtahanın əsas üstünlüyü sualların asan olması yox, abituriyentin psixoloji baxımdan daha rahat imtahana girməsidir:
"Birinci cəhddə müəyyən nəticə əldə edən abituriyent ikinci imtahana daha az gərginliklə gedir. Məhz bu psixoloji rahatlıq ona daha yaxşı nəticə göstərməyə kömək edə bilər. Amma bu, imtahanın özü ilə deyil, abituriyentin psixoloji vəziyyəti ilə bağlıdır".
Elmin Nuri vurğulayıb ki, ikinci qəbul imtahanı barədə sosial şəbəkələrdə yayılan əsassız iddialara inanmaq düzgün deyil və abituriyentlər hazırlıqlarını eyni məsuliyyətlə davam etdirməlidirlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































