Xəbər lenti
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq?
Azərbaycanla Gürcüstan arasında birgə sərhəd nəzarəti məntəqəsi üzrə layihələndirmə işləri aparılır.Manevr.az xəbər verir ki, bunu report İnformasiya Agentliyi və İctimai TV-yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.
Onun sözlərinə görə, hökumət tərəfindən DGK-ya bu sahə üzrə müvafiq tapşırıqlar verilir:
"Gürcüstanla sərhəddə yeni buraxılış məntəqəsinin inşası çərçivəsində görülən işlər, əsasən, obyektin yerləşəcəyi ərazinin seçilməsi ilə əlaqədardır və hazırda bu proses davam edir. Növbəti mərhələlərdə digər texniki məsələlərin həlli nəzərdə tutulur. Yaradılacaq məntəqə tam müasir standartlara cavab verəcək və burada birgə nəzarət mexanizmi tətbiq olunacaq. Başqa sözlə, Azərbaycan və Gürcüstan gömrük xidmətləri bir-birinə yaxın məsafədə çalışacaq, bu isə nəqliyyat vasitələrinin sinxron şəkildə yoxlanılmasına imkan yaradacaq".
Ş.Bağırov qeyd edib ki, belə bir sistem vaxt itkisinin qarşısını almaqla yanaşı, nəzarət prosesinin keyfiyyətini yüksəldəcək, ehtimal olunan risklərin daha tez aşkar edilməsinə şərait yaradacaq və xidmət sürətini artıracaq:
"Eyni zamanda nəqliyyat vasitələrinin keçidi üçün əlavə imkanlar yaradılacaq".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































