Xəbər lenti
DƏHŞƏTLİ QƏTL: Qız gizli sevgilisi ilə əlbir olub nişanlısını...
20 yaşlı Siya Qoyal və 26 yaşlı nişanlısı Ketan Aqarval min metr hündürlükdə yerləşən qalaya ekskursiyaya gediblər. Onlar ora çatdıqdan qısa müddət sonra qız nişanlısının şəkil çəkdirərkən qayadan yıxıldığını bildirib. Onun cəsədi üç saat sonra tapılıb, lakin artıq kömək etmək mümkün olmayıb.
Gənc oğlanın atası Qoyalın faciə ilə bağlı heç bir emosiya göstərmədiyini müşahidə edib və bu, onun bədbəxt hadisədə əli olması ilə bağlı şübhələr yaradıb.
Polis araşdırmalara başlayıb və məlum olub ki, gənclər fevral ayında nişanlanıblar və nikah valideynlər tərəfindən təşkil olunub. Lakin Qoyal Aqarval ilə ailə qurmaq istəməyib və 22 yaşlı Çetan Çoudxari ilə gizli münasibətdə olub.
İstintaq müəyyən edib ki, Çoudxari cütlüyü qalanın zirvəsində gözləyirmiş. Hücum anında sevgililər Aqarvala hücum edərək onu hündürlükdən aşağı itələyiblər.
Dindirmələr zamanı şübhəlilər bir-birini günahlandırmağa başlayıblar: Çoudxari iddia edib ki, o, sadəcə Qoyal ilə qaçmaq istəyib, lakin qız qətli törətməkdə israr edib. Qoyal isə məhz Çoudxarinin Aqarvaldan qurtulmağa qərar verdiyini bildirib.
Polis cinayətin əlbir şəkildə törədildiyinə əmindir, çünki Qoyal və Çoudxarinin yanvar ayından bəri 2000 dəfədən çox telefonla danışdıqları və ümumilikdə 238 saat ünsiyyətdə olduqları, həmçinin hücumdan bir gün əvvəl kafedə gizli görüşdükləri müəyyən edilib. Məhkəmə polisə istintaqı başa çatdırmaq üçün bir həftə vaxt verib, nəticələr iyunun 29-da təqdim edilməlidir. publika.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































