Sizin Reklam Burada
Xəbər lenti
25-06-2026
24-06-2026
BÜTÜN XƏBƏRLƏR

Paşinyan əsəbiləşdi: Cavab verməlidirlər

Tarix: 25-06-2026 21:30     Baxış: 323 A- / A+


Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olaraq qalır və təşkilat çərçivəsində fəaliyyətini davam etdirir.

“Armenpress” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Biz mövcuduq və Aİİ-nin üzvüyük. İndi Avrasiya İqtisadi İttifaqı özü deməlidir ki, o mövcuddur, yoxsa yox”, – Ermənistan hökumətinin başçısı qeyd edib.

Paşinyan deyib ki, yaxın vaxtlarda Aİİ daxilində yaranmış vəziyyətlə bağlı müzakirələrə başlayacaq.

“Əlbəttə, mənim də həmkarlarımıza suallarım var. Mənim iştirakım olmadan qəbul etdikləri bəyanatın praktikada nə demək olduğunu anlamalıyıq”, – o əlavə edib.

Ermənistanın Baş naziri vurğulayıb ki, Aİİ üzvlərindən hər hansı birinin digər üzv ölkəyə qarşı birtərəfli qərarlar qəbul etməsi təşkilatın mahiyyətinə ziddir.

“Biz başa düşməliyik ki, Aİİ-nin istənilən üzvü bir səhər oyanıb digər üzv ölkəyə qarşı belə qərarlar qəbul edə bilərmi? Mənim qiymətləndirməmə görə, bu sualın cavabı “bəli”dirsə, deməli, Aİİ özünü buraxdığını bəyan edir və biz də bundan sonrakı addımlarımızı buna uyğun müəyyən etməli olacağıq”, – Paşinyan əlavə edib. ölkə.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar