Sizin Reklam Burada
Xəbər lenti
08-08-2026
07-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bəzi saytların fəaliyyəti dayandırıla bilər - Səbəb

Tarix: 24-06-2026 12:19     Baxış: 3137 A- / A+
Bəzi saytların fəaliyyəti dayandırıla bilər - SəbəbDomeni "az" olan saytlar Milli CERT-in kibertəhlükəsizlik göstərişlərini yerinə yetirmədikdə onların domeninin ləğvi və ya fəaliyyətinin dayandırılması nəzərdə tutulur.
Manevr.az oxu.az-a istinadla xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, informasiya infrastrukturunun kibertəhlükəsizliyi informasiya infrastrukturu subyekti tərəfindən informasiya infrastrukturu obyektinin kibertəhlükəsizliyində zəifliklərin, boşluqların və digər uyğunsuzluqların aşkar olunması məqsədilə risklərin qiymətləndirilməsi, təhlükəsizlik auditlərinin keçirilməsi və onların nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin görülməsi yolu ilə təmin ediləcək.
İnformasiya infrastrukturu subyektinin müraciəti əsasında kibertəhlükəsizlik və proaktiv kibertəhlükəsizlik tədqiqatı üzrə xidmətlər Milli CERT tərəfindən ödənişli əsaslarla həyata keçirilir.
Ödənişin məbləği tərəflər arasında bağlanılan müqavilə əsasında müəyyən edilir.
Domen adı "az" ("gov.az" istisna olmaqla) ölkə kodlu yüksəksəviyyəli domen zonasında yerləşən internet informasiya ehtiyatlarının sahibləri tərəfindən Milli CERT-in kibertəhlükəsizliyin təmin edilməsi (kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması) ilə əlaqədar göstərişlərinin yerinə yetirilməməsi domen adının "az" ölkə kodlu yüksək səviyyəli domen zonasında olan qeydiyyatının xitamı, domen adına texniki xidmətin dayandırılması üçün əsasdır. Bu halda Milli CERT domen adının qeydiyyatını aparan orqandan domen adının qeydiyyatına xitam verilməsini, ona texniki xidmətin dayandırılmasını (o cümlədən məhkəmə qaydasında) tələb edə, maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərə münasibətdə isə həmin tədbirlərin görülməsi üçün Azərbaycan Mərkəzi Bankına müraciət edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar