Sizin Reklam Burada
Xəbər lenti
23-06-2026
22-06-2026
BÜTÜN XƏBƏRLƏR

Universitetlər təhsil haqlarını niyə artırmalıdır?

Tarix: 23-06-2026 19:38     Baxış: 326 A- / A+
Universitetlər təhsil haqlarını niyə artırmalıdır?


Elm və təhsil naziri Emin Əmrullayev dünənki müsahibəsində bildirib ki, Azərbaycanda bir tələbənin təhsil haqqı bir çox ölkələrlə müqayisədə aşağıdır və bu, keyfiyyət məsələsinə birbaşa təsir edir.
O qeyd edib ki, məsələn, 2000 manat civarında kompüter mühəndisinin hazırlanması real olaraq çətindir və ucuz təhsil hər zaman keyfiyyətlə uzlaşmır. Nazir vurğulayıb ki, ya maliyyələşmə artırılmalı, ya da mərhələli şəkildə keyfiyyət yüksəldilməlidir.
Eyni zamanda o bildirib ki, kəmiyyətin artması bir çox hallarda keyfiyyətin aşağı düşməsi ilə nəticələnə bilər və bəzi universitetlərdə tələbə sayının artması tədris keyfiyyətinə mənfi təsir göstərə bilir.
Maraqlıdır, ali təhsildə keyfiyyətin artırılması baxımından daha effektiv yanaşma hansıdır: təhsil haqlarının mərhələli şəkildə artırılması, yoxsa qəbul olunan tələbə sayının optimallaşdırılması?

Manevr.az xəbər verir ki, AzEdu.az-a mövzu ilə bağlı Elçin Süleymanov açıqlama verib.

O qeyd edib ki, Universitetlər alternativ gəlirlər hesabına inkişaf etməlidirlər:

“Universitetlərin maliyyə mənbələri arasında tələbələrdən alınan təhsil haqqı, əslində, 30-40%-i keçməməlidir. Dünya səviyyəli universitetlərin maliyyə hesabatlarında bu model adətən “30-30-40” kimi ifadə olunur: 30% innovasiya və elmi-tədqiqat gəlirləri, 30% tələbə təhsil haqları və 40% isə dövlət dəstəyi, cəmiyyət və müxtəlif ianələr, məzunların dəstəyi və digər mənbələrdən formalaşır.

Məsələn, dünyanın ən nüfuzlu universitetlərindən biri olan Harvard Universitetinə baxdıqda görürük ki, təxminən 20.000 tələbəsi var və illik büdcəsi 30-40 milyard dolları keçir. Bu büdcədə tələbələrin ödədiyi vəsait ümumi maliyyənin 10%-ni belə keçmir.

Nəticə etibarilə, universitetlər alternativ gəlirlər hesabına inkişaf etməlidirlər. Bu gəlirlər elmi-tədqiqatın kommersiyalaşdırılması, sənaye ilə əməkdaşlıq nəticəsində əldə olunan patentlər, müxtəlif texnoloji həllər üzrə müəlliflik hüquqları və digər innovativ mənbələrdən formalaşa bilər”.

Tələbə təhsil haqqı hesabına mükəmməl bir universitet qurmaq çox çətindir:

“Eyni zamanda paralel olaraq, regionlarda daha çox bakalavr təhsili, paytaxtda isə daha elitar universitetlərdə magistr və PhD təhsili modelinin tətbiqi faydalı ola bilər. Bu universitetlərdə tədqiqata ayrılan vəsaitin artırılması və əlavə gəlir imkanlarının genişləndirilməsi də önəmlidir.

Yəni universitetlərin apardığı tədqiqatlar neft sahəsində, neft-kimya sənayesində, kənd təsərrüfatında innovasiya və inkişaf yaratmalı, bunun bir hissəsi isə yenidən universitetlərə geri dönməlidir. Düşünürəm ki, belə bir yanaşma-dövlət, sənaye və universitet üçbucağının vəhdəti universitetlərə fayda verə bilər.

Çünki tələbə təhsil haqqı hesabına mükəmməl bir universitet qurmaq çox çətindir. Hazırda universitetlərimizin gəlirlərinin təxminən 90%-i tələbə təhsil haqqından formalaşır və bu vəsait əsasən cari xərclərə-əməkhaqqı və təmir işlərinə yönəldilir. Nəticədə innovasiya və elmi-tədqiqat üçün kifayət qədər büdcə qalmır”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar