Xəbər lenti
“Xilas olmaq lazımdı sənətin inkarında dayanan bəsit əhvalatçılıqlardan” — Emil Rasimoğlu yazır...
Emil Rasimoğluşair-publisist
(Nadir Yalçının hekayəsi haqqında qeydlər...)
Uzun zamandır ki, dövrü mətbuatda sənət adına yayımlanıb, nümayiş olunan (yerli imzalardan oxuduğum!) hekayələrin bir çoxu öz müəllifini (yaradıcı yox!) eləcə, əhvalatçı kimi təqdim etməkdən, manipulyativ sentimentallığın üzərində bəsit (hətta xaotik!) süjet strukturunun varlığını ortaya qoymaqdan safayı, heç nəyi əks etdirmir... Və ya heç nəyin təsdiqi deyil!
Eynilə, şəxsinə sayğı duyduğum Nadir Yalçının (az öncə oxuduğum) “Xoşagəlməz hadisə” hekayəsi(zliyi)nin “boz mahiyyət”i kimi...
... Ay gözəlim məmləkətin ədəbiyyat adına qələm götürüb, yazmaq, danışmaq istəyənləri,
duyğusallığın, həmçinin psixoloji təsir gücünün fonunda “yoğrulan” təhkiyə, eyni zamanda təhkiyə tərkibindəki müəllifin müəyyən kiçik bədii manevrləri, süjet xətti... yekunda (və nəticədə!) isə (sənətin aksiomatikası olan bədii həll varlığını və orijinallığını yox!) yalnız məişət sentimentallığını İFADƏ ETMƏK hələ ƏDƏBİ HADİSƏnin ehtiva edilməsi, fundamental əsərin, ədəbi mətnin ortaya qoyulması deyil... Və ola da bilməz!
Elə məhz bu zaman da əlahəzrət müəllifin fiaskosu ortada ciddi mətnin olmamasındadır...
... Yeri gəlmişkən onu da deyim ki, (bir dəfə də yazmışdım!) spesifik bədii əsərin yaranması üçün bircə təhkiyəni, mükaliməni, müəyyən süjet xəttini yaratmaq kifayətdirmi? Əsla!..
Sən bir müəllif olaraq ortaya bir ədəbi hadisə, həmin ədəbi hadisənin tərkib hissəsi olan kreativ proses, fundamental mahiyyət, bütövlükdə bədii həll və o bədii həlli əks edirəcək sonluq qoymalısan... Əks halda, YOXsan!
... Xilas olmaq lazımdı sənətin inkarında (və müəllifin ədəbi iflasında) dayanan bu kimi bəsit əhvalatçılıqlardan, ədəbiyyat adına “təqdimlərdən”!
P.S:
Nadir Yalçının haqqında qısaca bəhs etdiyim “Xoşagəlməz hadisə” hekayəsi(zliyi)nin “boz mahiyyət”inə Şərif Ağayarların ədəbiyyat adına əl çalıb, müəllifi təbrik etməsinə gəldikdə isə... o da məni təəccübləndirmədi! Ona görə ki, o, ədalət hissi, xarakteri... saçının ağlığına qədər “güllələnən”, eyni zamanda sözünü və özü(lü)nü repressiyaya məruz qoyan Şərif Ağayardır!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































