Xəbər lenti
15 yaşlı qızla cinsi əlaqədə olub evindən oğurluq edən gəncə HÖKM OXUNDU

Gəncədə yeniyetmə qızla cinsi əlaqədə olan 23 yaşlı oğlan həbs olunub.
Hadisə Bala Bağman qəsəbəsində qeydə alınıb.
İttiham aktına görə, 2003-cü il təvəllüdlü İsrafil Nadirov (ad və soyad şərtidir) atasının dayısı oğlunun 2010-cu il təvəllüdlü qızı Gülsümdən (şərti adla) xoşu gəlib. O, 2025-ci ilin qış aylarında "Instagram"da qıza yazaraq, sevgisini etiraf edib. Bundan sonra aralarında sevgi münasibətləri yaranıb. Bir gün gecə saatlarında Gülsümün dəvəti ilə İsrafil onların evinə gedib. Burada ilk dəfə cinsi əlaqədə olublar. Sonradan təbii və qeyri-təbii olmaqla cütlüyün cinsi münasibəti bir neçə dəfə davam edib. İsrafilin yetkinlik yaşına çatmayan qohumu ilə cinsi münasibəti qızın valideynlərinin yataq otağında və yardımçı tikilidə qeydə alınıb.
Bundan əlavə, həmin günlərin birində İsrafil yataq otağında Gülsümlə cinsi əlaqədən sonra döşəyin altındakı qızıl mücrü qabını götürüb. Qabın içində isə təxminən 22 min manatlıq qızıl olub. İsrafil həmin qızıllardan iki üzüyü bir oğlanla qıza satıb. Qalanını isə yol kənarında ağaclıq əraziyə atıb.
Oğurluqdan xəbər tutan zərərçəkənlər küçədəki kameraya baxaraq hadisənin İsrafil tərəfindən törədildiyini öyrəniblər.
Nəticədə İsrafil Nadirov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddələrlə cinayət işi açılıb.
Təqsirləndirilən şəxsi ifadəsində əməlindən peşman olduğunu, zərərçəkən tərəflə barışdığını və gələcəkdə Gülsümlə evlənəcəyini deyib. Zərərçəkən tərəf də, həmçinin İsrafilə qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə İsrafil Nadirov yekun olaraq 10 ay müddətinə azadlıqdan məhrum edilib. azxeber.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































