Qeyd etmək lazımdır ki, bu, 2005-ci ildən bəri Karlsenin ardıcıl dörd oyunda uduzduğu ilk haldır. O vaxt, 2005-ci ildə, onun 14 yaşı var idi. Gənc Maqnus Niderlandın Şagen şəhərində keçirilən turnirdə iki sürətli oyunda, daha sonra isə Norveçin Moss şəhərində keçirilən turnirdə klassik vaxt nəzarətində daha iki oyunda uduzmuşdu.
Yalnız sürətli şahmat turnirlərini nəzərə alsaq, Maqnus karyerasında ilk dəfə ardıcıl dörd oyunda məğlub oldu. Norveçli bu seriyaya görə canlı reytinqdə 28,8 xal itirdi.

















Şahmat üzrə 16-cı dünya şempionu və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinqinin lideri, norveçli qrossmeyster Maqnus Karlsen Honkonqda keçirilən Dünya Komanda Rapid və Blits Çempionatında ardıcıl dörd oyunda məğlub olub.















