Xəbər lenti
Ləkaranlı müəllim 60 bal topladı

Lənkəran rayonu Digah kənd tam orta məktəbinin təsviri incəsənət müəllimi Kürsümxanım Xəlilzadə təhsilverənlərin sertifikatlaşdırılması prosesində yüksək nəticə göstərərək maksimum 60 bal toplayıb.
Manevr.az "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, sevincini bölüşən müəllim bu uğurunu həm peşəkar fəaliyyətinin, həm də uzun illər ərzində qazandığı təcrübənin məntiqi nəticəsi kimi qiymətləndirir.
Müəllim bildirir ki, imtahana hazırlıq zamanı əsasən məktəb dərsliklərindən və özünün tərtib etdiyi test tapşırıqlarından istifadə edib. Məhz sistemli hazırlıq və fənn üzrə dərin biliklər yüksək nəticə əldə etməsinə imkan yaradıb.
Kürsümxanım Xəlilzadənin sözlərinə görə, kənd məktəbində çalışmaq müəyyən çətinliklər və böyük məsuliyyət tələb etsə də, bu peşənin sevindirici tərəfləri daha çoxdur. O hesab edir ki, şagirdlərin istedadını üzə çıxarmaq, onların yaradıcılıq potensialının inkişafına dəstək olmaq müəllim əməyinin ən böyük mükafatıdır və bütün çətinlikləri unutdurur.
Təcrübəli pedaqoq qeyd edir ki, illər ərzində dərs prosesində tətbiq etdiyi metodiki yanaşmalar və iş üsulları sertifikatlaşdırma imtahanında da ona kömək edib. Onun fikrincə, praktik fəaliyyətdə istifadə olunan səmərəli metodlar imtahan zamanı qarşıya çıxan sualların cavablandırılmasında mühüm rol oynayıb. Sertifikatlaşdırma prosesini müəllimlərin peşəkar inkişafı baxımından vacib hesab edən Kürsümxanım müəllim bu mərhələnin müəllimləri öz üzərlərində daha çox işləməyə təşviq etdiyini vurğulayır. O, prosesin təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini düşünür.
Yüksək nəticə əldə edən müəllim sertifikatlaşdırmada iştirak edəcək həmkarlarına da tövsiyələrini bölüşüb: “Bu prosesə sadəcə imtahan kimi yanaşmaq lazımdır. Müəllimlər hər zaman öz biliklərinə, savadlarına və peşəkarlıqlarına güvənsinlər”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























