Sizin Reklam Burada
Xəbər lenti
16-06-2026
15-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda vəzifəli şəxs cərimələndi

Tarix: 16-06-2026 19:30     Baxış: 325 A- / A+
"Mərkəzi Nəbatat Bağı" Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov cərimələnib.
Manevr.az qaynarinfo-ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Mərkəzi Nəbatat Bağı barəsində İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinin (istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı tələblərin pozulması) tələblərinin pozulmasına dair protokol tərtib olunub və işə məhkəmədə baxılıb.
Araşdırma zamanı müəyyən edilib ki, ötən il Mərkəzi Nəbatat Bağında iki nəfər - V.B. və Ə.Ə. xəsarət alıb. Hadisədən sonra aparılan yoxlamalar nəticəsində onların istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilmədiyi üzə çıxıb. Məhkəmənin qərarı ilə Əli Cəfərov İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 5 000 manat məbləğində cərimə edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar