Xəbər lenti
İsraildən ABŞ-İran razılaşmasına REAKSİYA: Banan ölkəsi deyilik…

İsrail ABŞ-İran razılaşmasını icra etməyə məcbur deyil.
Manevr.az xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib.
O bildirib ki, Təl-Əviv Hizbullahın tamamilə məhv edilməsindən və İsrail ordusunun nəzarət etdiyi ərazilərdə mövcudluğundan başqa heç bir şey qəbul edə bilməz.
"İsrail ABŞ-a tabe deyil; biz müstəqil və suveren bir dövlətik!
Biz ABŞ-ı sevirik və Prezident Trampa sonsuz minnətdarıq. Buna baxmayaraq, İsrail dövləti banan respublikası deyil", - israilli nazir qeyd edib.
O, İsrailin əsas məsuliyyətinin vətəndaşlarının təhlükəsizliyini təmin etmək olduğunu vurğuladı. "Hər dəfə İsrailin təhlükəsizliyi bahasına beynəlxalq təzyiqə təslim olanda, qanlı bir qiymətə faiz ödəmişik",- Ben-Qvir vurğulayıb.
Nazir qeyd edib ki, mövqeyim aydındır: “Biz təhlükəsizliyimizə əhəmiyyət verməyən və bizi heç bir şəkildə öhdəlik götürməyən bu müqavilədə tərəfdaş deyilik".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































