Xəbər lenti
“AzParking” əməkdaşı ilə sürücü arasında MÜBAHİSƏ
Bakı şəhərində “AzParking” əməkdaşı ilə vətəndaş arasında narazılıqla nəticələnən mübahisə yaşanıb.Hadisə şahidlərinin və vətəndaşın iddiasına görə, o, avtomobilini qısa müddətlik saxlayaraq yaxınlıqdakı mağazaya daxil olub.
Bir neçə dəqiqədən sonra geri qayıdan sürücü avtomobilinin şəklinin çəkildiyini və 20 manat məbləğində cərimə tətbiq olunduğunu görüb.
Vətəndaş bildirib ki, avtomobili saxladığı ərazidə “AzParking”ə aid hər hansı nişanə və ya məlumat lövhəsi olmayıb. Onun sözlərinə görə, bu səbəbdən ödənişli parklanma zonasında olduğunu bilməyib.
Hadisə zamanı tərəflər arasında mübahisə yaranıb. Sürücü cərimənin qanunsuz olduğunu iddia edərək qərara etiraz edib.
Qeyd edək ki, oxşar hallarla bağlı ictimai narazılıqlar əvvəlki dövrlərdə də gündəmə gəlib. Vətəndaşlar əsasən parklanma zonalarının nişanlanması və məlumatlandırmanın yetərsizliyindən şikayət edirlər. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































