Xəbər lenti
Bu şəxslərə qaz limitində güzəştlər edilə bilər

Dağlıq rayonlarda yaşayan əhali sərt iqlim şəraiti səbəbindən qış aylarında istilik üçün daha çox təbii qaz sərf edir. Nəticədə bir çox ailələr müəyyən edilmiş istehlak limitini aşaraq daha yüksək tariflərlə üzləşirlər. Bir sıra ölkələrdə isə iqlim və coğrafi xüsusiyyətlər nəzərə alınaraq dağlıq ərazilər üçün enerji güzəştləri tətbiq olunur.
Bəs Azərbaycanda da dağlıq rayonlarda yaşayan sakinlər üçün qaz limitinin artırılması mümkündürmü?
İqtisadçı Natiq Cəfərli dünyanın bir çox ölkəsində təbii-coğrafi şərait nəzərə alınaraq enerji tariflərində fərqlər tətbiq olunur deyib.
Onun sözlərinə görə, dağ və dağətəyi ərazilərdə yaşayan əhali üçün qaz və elektrik enerjisi daha əlçatan qiymətlərlə təqdim edilir:
“Dünyanın bir çox ölkələrində təbii şəraitə görə qiymətlərdə fərqlər mövcuddur. Dağ və dağətəyi rayonlarda qaz və elektrik enerjisinin qiymətləri daha ucuz olur. Hətta Rusiyada və Gürcüstanda da belə praktika tətbiq edilir. Azərbaycanda da bu yanaşmanın tətbiqi nəinki mümkündür, hətta labüddür.”
İqtisadçı hesab edir ki, regionların inkişafı və əhalinin paytaxta axınının qarşısının alınması üçün dövlət tərəfindən müəyyən güzəştlərin tətbiqinə ehtiyac var:
“Əgər insanların şəhərlərə köçməməsini, regionlarda yaşayıb fəaliyyət göstərməsini istəyiriksə, onlara müəyyən kommunal xidmətlərin daha sərfəli şərtlərlə təqdim olunmasını təmin etməliyik. Bu, həm sosial baxımdan, həm də regional inkişaf baxımından vacib addım olar.”
Ekspertin fikrincə, dağlıq ərazilərdə yaşayan əhali üçün qaz istehlakı limitinin artırılması və ya xüsusi güzəştli tariflərin tətbiqi həm sosial ədalətin təmin olunmasına, həm də regionlarda yaşayışın stimullaşdırılmasına xidmət edə bilər. konkret.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































