Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda kişi qızının ad günündə keçmiş həyat yoldaşı və qayınanasını öldürdü - Təfərrüat

Tarix: 15-06-2026 23:11     Baxış: 3131 A- / A+
Bakının Sabunçu rayonunda baş verən qətlin təffərüatı məlum olub.

Ramana qəsəbəsində 35 yaşlı Vüsal Lütfəliyev qızının ad günündə onu görmək üçün Ramana qəsəbəsinə gəlib. Lakin onun keçmiş həyat yoldaşı Xəyalə və qayınanası İradə görüşə mane olmağa çalışıblar.

Bundan hiddətlənən V.Lütfəliyev əvvəlcə qaynanasının ağız nahiyəsini, sonra boynunu kəsib.

Keçmiş həyat yoldaşının ürək nahiyyəsinə bir bıçaq zərbəsi vurub. Bütün bu hadisələr onun iki azyaşlı övladının gözləri qarşısında baş verib. Hadisədən xəbər tutan qonşular polisə məlumat verib.

Polisdən qaçmaq istəyən V.Lütfəliyev hasardan qonşunun həyətinə tullanıb. Bu zaman o, əllərindən kəsilmiş-deşilmiş xəsarətlər alıb. Çoxlu qan itirərək digər qonşunun həyətinə keçib.

Orada V.Lütfəliyevin özünə məxsus ayaqqabının ipi ilə ağacdan asılmış meyiti aşkarlanıb.

Qeyd edək ki, ölən hər üç şəxs Şəki şəhərində dəfn edilib. Verilən məlumata görə, V.Lütfəliyev və həyat yoldaşı Xəyalə uzun müddətdir ki, Şəkidə yaşayırmış. Xəyalənin anası İradə Vüsalı işləməsi üçün həyat yoldaşı ilə birgə Bakıya çağırıb. Hadisədən üç gün əvvəl isə Xəyalə boşanma ərizəsi ilə məhkəməyə müraciət edib. teleqraf.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar