Xəbər lenti
Sabah Azərbaycanda Məhərrəm ayı başlayır
Sabah – iyunun 16-da Azərbaycanda hicri təqvimi ilə Məhərrəm ayı başlayır.Manevr.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.
QMİ-nin Qazılar Şurası və səlahiyyətli nümayəndələrinin ölkə müsəlmanlarına ünvanladığı müraciətdə bildirilib ki, Məhərrəm və Səfər aylarında keçirilən təziyə mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, eləcə də qurşağadək soyunaraq sinə vurmaq kimi hərəkətlər İslam dininin mahiyyətinə uyğun deyil və qəbuledilməz hesab olunur.
Müraciətdə qeyd olunub ki, dini mərasimlər “Dini etiqad azadlığı haqqında” Qanunun tələblərinə uyğun şəkildə məscidlərdə, ziyarətgahlarda və onlara aid ərazilərdə keçirilməlidir.
QMİ eyni zamanda diqqətə çatdırıb ki, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə zidd şüarların səsləndirilməsi, dövlət rəmzlərinə uyğun olmayan atributlardan istifadə, küçə yürüşlərinin təşkili və ictimai asayişin pozulması qanunvericiliklə yolverilməzdir.
Qeyd edək ki, bu il Aşura günü iyunun 25-nə təsadüf edir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































