Sizin Reklam Burada
Xəbər lenti
13-07-2026
12-07-2026
BÜTÜN XƏBƏRLƏR

"100 min dollarlıq qolbağı itirdim, stresdən tanınmaz hala düşdüm"

Tarix: 15-06-2026 20:24     Baxış: 4111 A- / A+

"İlk dəfə 1996 və ya 1998-ci ildə konsert verdim. Çox stress keçirdim. Stresdən elə şişmişdim ki, tanınmaz halda idim. Ondan sonra dedim ki, artıq konsert verməyəcəyəm".
Manevr.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Zarafat bir yana" verilişində deyib. İfaçı uzun müddətdir konsert verməməsinə aydınlıq gətirib:

"İlk konsertimdən bir gün əvvəl qohumum mənə reklam məqsədilə bahalı bir qolbaq verdi. Sonradan bildim ki, onun qiyməti təxminən 100 min dollar imiş. Konsertdən əvvəl bir də gördüm ki, qolumda yoxdur. Düşüb, amma xəbərim olmayıb. Ürəyimdə dedim ki, bu mənə lazım idi? Gənc müğənni idim. Fikirləşirdim ki, belə vəziyyətdə necə konsert verəcəyəm? O vaxt bu, çox böyük pul idi. Düşünürdüm ki, bunun pulunu necə ödəyəcəyəm. Oturub ağladım.

Artıq qohumlarım da bir-birinə deyirdilər ki, Mətanət bahalı qolbaq itirib. Konsertin ikinci hissəsində birdən gördüm ki, qolbağı göstərirlər və deyirlər ki, tapılıb. Kamança çalan qız tapıb vermişdi.

Ondan sonra stresdən yenə elə şişdim ki, tanınmaz halda oldum. Nəhayət, keçən il yenidən konsert verdim".axşam.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar