Xəbər lenti
Bu rayonlarda qaz kəsiləcək
Bakının iki rayonunda planlı təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.Manevr.az xəbər verir ki, "Azərişıq" ASC-nin yaydığı məlumata görə, bu gün Yasamal və Nəsimi rayonlarının bəzi küçələrində elektrik enerjisinin verilməsi dayandırılacaq.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir işlərinə görə saat 10:00-dan 13:00-dək Zahid Xəlilov, Süleyman Dadaşov, Əbdürrəhim bəy Haqverdiyev və Əhməd Cəmil küçələrinin bir hissəsi işıqsız qalacaq.
Eyni saatlarda Nəsimi rayonu ərazisində yerləşən transformator məntəqəsində həyata keçiriləcək təmir-təftiş işləri səbəbindən Rüstəm Rüstəmov və Musa Əliyev küçələrinin bəzi hissələrində də elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Qurumdan bildirilib ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilərin daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































