Sizin Reklam Burada
Xəbər lenti
16-06-2026
15-06-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilib

Tarix: 16-06-2026 19:02     Baxış: 326 A- / A+



Bu gün Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.
Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.
Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.
Sədrlik edən xatırladıb ki, ötən məhkəmə iclasında müdafiə çıxışına hazırlaşmaq istəyənlərə vaxt verilib.
O, müdafiə tərəfindən çıxışlara hazır olub-olmadığını soruşub.
Müdafiə tərəfi çıxışlara hazır olduğunu bildirib.
Sədrlik edən qeyd edib ki, müdafiə çıxışları apellyasiya şikayətlərinin daxil olması ardıcıllığı ilə davam etdiriləcək.
Təqsirləndirilən Davit İşxanyan söz alaraq müdafiəçisi ilə konfidensial qaydada görüşmək istədiyini bildirib. Onun vəsatəti təmin edilib.
Məhkəmədə elan olunan fasilə zamanı D.İşxanyan müdafiəçisi ilə konfidensial qaydada görüşüb. Fasilədə o, həmçinin tərcüməçinin iştirakı ilə 26 may tarixli məhkəmə iclasının protokolu ilə tanış olub.
Sonra müdafiə çıxışı üçün söz təqsirləndirilən Levon Mnatsakanyanın vəkilinə verilib. Vəkil çıxışında L.Mnatsakanyan barəsində bəraətverici əsaslarla qərar çıxarılmasını məhkəmədən xahiş edib.
Ardınca L.Mnatsakanyan çıxış edib. Təqsirləndirilən şəxs vəkilinin söylədiklərini müdafiə etdiyini deyərək, öz arqumentlərini səsləndirib.
Məhkəmənin növbəti iclası iyunun 23-də keçiriləcək.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar