
Xəbər lenti
İspaniyada DÇ-2026 ilə bağlı 16 ton saxta forma müsadirə edildi

İspaniya Milli Polisi INTERPOL (Beynəlxalq Cinayət Polisi Təşkilatı), EUROPOL (Avropa İttifaqının Polis Xidməti), EUIPO (Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsi) və OLAF (Avropa Fırıldaqçılıqla Mübarizə Bürosu) ilə birgə əməliyyat zamanı 66 mindən çox saxta futbol köynəyi və milli komandaların forma dəstlərini müsadirə edib.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Müsadirə edilmiş saxta məhsulların ümumi çəkisi 16 ton təşkil edib. Əməliyyat zamanı sənaye mülkiyyəti hüquqlarının pozulması ilə bağlı cinayətlərdə şübhəli bilinən 95 nəfər saxlanılıb.
Müsadirə olunan məhsulların qara bazardakı dəyəri iki milyon avro qiymətləndirilir. Oxşar əməliyyatlar digər ölkələrdə də keçirilib. Belə ki, Kanadada Toronto polisi FIFA loqoları olan 16 mindən çox saxta futbol köynəyi və bayrağı, həmçinin dünya çempionatının iki saxta kubokunu müsadirə edib. Honkonqda isə polis əməliyyatı zamanı təxminən 230 min saxta məhsul, o cümlədən 30 minə yaxın futbol köynəyi, butslar, qapıçı əlcəkləri və çantalar müsadirə olunub. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































