Sizin Reklam Burada
Xəbər lenti
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"

Tarix: 18-06-2026 10:15     Baxış: 327 A- / A+
Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"
"Valideyinlərə, xüsusilə atalara tövsiyyələrim var, bunları nəzərə alın ki həyat sizi yandırmasın. Son 2 ildir ki, mən qızımın tərbiyyəsinə ciddi qarışmırdım. Reklam çəkib pul qazanırdı, hətta mənə "Ata, blogerlər vəkillərdən çox pul qazanır" deyirdi".
Manevr.az ölkə.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış vəkil Fərhad Mehdiyev yol qəzasında ölən qızı Zəhra Mehdizadə ilə bağlı danışarkən deyib.
O qeyd edib ki, qızının bir tərəfdən müstəqil, digər tərəfdən də doğru bir həyat yaşamasını istəyirmiş:
"Mən onun həkim olmasını istəyirdim, tibbə hazırlığa getməkdə də bütün xərclərini qarşılayacağımı demişdim. Fikrini dəyişə bilmirdim, o da incəsənətdə oxumaqda israrlı idi.
Övladlarınız üzərində ciddi nəzarəti əldən verməyin. Sizə "pis ata", lap "abyuser" desinlər; səbrlə uşaqlarınızı 23- 25 yaşına qədər yönləndirməyə, nəzarət etməyə davam edin.
Siz onlara nəzarət etməsəniz "öz həyatım var, işlərim çoxdur" deyə bir gün peşmanlığınız və ağrılarınıza, mənəvi əzablarınıza nəzarət edə bilməyəcəksiniz.
Uşağın hər ürəyi istədiyini, istədiyi həyatı deyil, sizin onun üçün seçdiyi həyatı verin. Sevgi, qayğı və nəzarətdən ibarət bir tərbiyə vermək hər bir valideynin funskiya və borcudur.
Həyatda ən böyük investisiya uşaqlarınızdır, o məsələdə udsanız, digər heç bir şeydə udmasanız belə, sizə qəm yoxdur. Övlad məsələsində uduzan valideynin isə əslində heç bir qazancı, təsəllisi yoxdur".
Qeyd edək ki, F.Mehdiyevin qızı iyunun 16-da Bakı-Sumqayıt yolunda baş verən yol qəzası nəticəsində ölüb. 
Zəhra Mehdizadənin idarə etdiyi motosiklet “Mercedes” markalı avtomobillə toqquşub. Xəsarət alan qızın həyatını xilas etmək mümkün olmayıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar