Sizin Reklam Burada
Xəbər lenti
22-06-2026
21-06-2026
BÜTÜN XƏBƏRLƏR

Almaniyanın bir şəhərində alman dilini bilməyənlər çimərliyə buraxılmırlar

Tarix: 23-06-2026 08:44     Baxış: 325 A- / A+
Almaniyanın Halle şəhərində yerləşən kurort kompleksinin rəhbərliyi alman dilini kifayət qədər bilməyən şəxslərin yerli çimərliyə girişini məhdudlaşdırıb.

Bu barədə DPA agentliyi məlumat yayıb.

İstirahət mərkəzinin meneceri Mattias Nobel bildirib ki, müəssisənin əməkdaşları ziyarətçilərin təhlükəsizliyini təmin etməyə və su hövzəsində qaydalara riayət olunmasına nəzarət etməyə borcludurlar. Onun sözlərinə görə, əgər ziyarətçi ilə ünsiyyətdə dil baryeri yaranarsa, həmin şəxsin əraziyə girişinə icazə verilməyə bilər.

Məlumata görə, bu qərarın qəbul edilməsinə yaxın zamanda baş vermiş hadisə səbəb olub. Belə ki, kompleksin direktoru xilasedici kimi müdaxilə edərək bir uşağı suyun dərin hissəsindən çıxarmalı olub.

Yeni qayda qüvvəyə mindikdən sonra artıq bir neçə nəfərin çimərliyə girişinə icazə verilmədiyi bildirilir.

Ünvanına yönələn tənqidlərə baxmayaraq, kurort rəhbərliyi qəbul etdiyi qərarı yenidən nəzərdən keçirməyi planlaşdırmır. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar